Arama
Qopuz (Türk simli musiqi aləti) |
Qopuz Türk bodununun məxsus simli musiqi alətidir. Adı bəzi tədqiqatçılara (Banq V.) görə qopmaq, durmaq, qalxmaq mənasını verən kop sözündən törəmişdir. Türk kakanlıqı bilgi bitigə görə isə qop sözü kop sözündən törəyib qopmaq, durmaq, qalxmaq, ucalmaq mənasını verməkdədir. Uz sözü isə öz sözüdür ki, qopuz sözünün mənası ucalan, yuxarı qalxan, ucalmış mənasını verməkdədir.
Qopuz çalan adama ozan deyilir. İlk qopuz və ozan haqqında bilgi m.ö VI minilliyə aiddir. Güney Azərbaycanın Şuşdağı ətəyində 1960-cı ildə aparılmış arxoloji qazıntılar zamanı əlində qopuz tutmuş ozan təsviri olan saxsı qablar tapılmışdır.
Qopuzlar iki simli, üç simli və beş simli olurlar. Ud, cokur və başqa simli musiqi alətləri qopuzun təsirindən yaranmış musiqi alətləridir. Saz simli musiqi alətidə qopuzun daha inkişaf etmiş halıdır.
Qopuz Türk nağıl və dastanlarında daima təsvir edilmişdir. Dədə Qorqud kitabında tez tez qopuza və ozana müraciət edilir.
Paylaş: