Arama
Qulançar, mərəcüyüd, quşqonmaz
Bitkinin adı: Qulançar, mərəcüyüd, quşqonmaz.
Canlı aləm: Bitkilər.
Aləmin şöbəsi: Örtülütoxumlular.
Şöbənin sinifi: Birləpəlilər.
Sinifin sırası: Quşqonmazçiçəklilər.
Sıranın fəsiləsi: Quşqonmazkimilər.
Cinsin növü: Qulançar.
Tərkibində olanlar:
Kalium.
Natrium.
Manqan.
Fosfor turşusu.azot.
Azot.
Karotinoid.
Müalicəvi əhəmiyyəti: Tətbiq olunan xəstəlikləri:
Vərəm xəstəliyi.
Böyrək xəstəliyi.
Sidik kisəsi (sidik kisəsinin daşının tökülməsi).
Şəkər xəstəliyi.
Qan təzyiqi xəstəliyi.
Sonsuzluq xəstəliyi.
Yel xəstəliyi.
Baş tükünün tökülməsi.
Ürək–damar xəstəlikləri.
Haqqında digər bilgi:
Qulançar, mərəcöyüd və ya quşqonmaz kimi adlandırılan bitki quşqonmazkimilər fəsiləsinə aid bitkidir və Azərbaycanda 9 növü bitməkdədir. Qazax-Gəncə-Yevlax, Abşeron bölgələrində qulançar, Qarabağ-Naxçıvan bölgələrində mərəçöyüd, mərəçüyüd adlanır. Ona görədə rəsmi ədəbiyyatda bu bitkinin adı 1973-cü ildən etibarən iki ad ilə adlandırılmışdır. Bəzi bölgələrdə quşqonmazda deyilir. Təbii şəkildə bitənlərdən istifadə etməklə yanaşı kənd təsərrüfatında əkinidə təşkil edilir. Xalq arasında “dəli” mərəçöyüd deyilən növləri qida üçün yararlı deyil.
Paylaş: