Arama
Üzüm, üzümkimilər fəsiləsinə aid bitkidir. İslam dinində bir sıra bitgilər kimi üzüm bitgisinədə özəl bitgilərdən hesab olunur. Qurani-Kərimdə üzümlə bağlı ayələr vardır. Üzümün 100-ə qədər növü və yarımnövünün olduğu bilinməkdədir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi üzümün saxlanılması haqqında aşağıdakı bilgini yayımlamışdır:
Üzümün saxlanması XIX əsrin sonu, XX əsrin əvvəllərindən geniş yayılmağa başlamışdır. Hal-hazırda üzümün aşağıdakı saxlanma üsulları mövcuddur: kolda, quru və yaşıl daraqda, müxtəlif qablaşdırma materiallarından istifadə etməklə, dondurulmuş halda, parafində, antiseptiklərdən və qamma şüalarından istifadə etməklə, soyuducu kameralarda və nizamlanan qaz mühitində saxlamaqla.
Azərbaycan kəndlisi üzüm məhsulunun saxlanmasına həmişə xüsusi qayğı göstərmişdir. Üzümün yaza qədər saxlanması üçün müxtəlif xalq üsullarından istifadə edilmişdir. Bunlardan ən geniş yayılanı bandaq üsuludur. Uzunluğu 2-3 m olan ağac pərdiyə qarmaqlı söyüd budaqları bağlanır. Bandaq üçün dərilən salxımlar zoğlu (1,5-2 buğum) olmalıdır. Bəzən kəsilən salxım 1 gün kolun üzərində saxlanılıb, ikinci gün yığılır. Belə olduqda gilələnmə azalır, təmizlənmə işi xeyli asanlaşır. Daha sonra üzüm salxımları bandağın aşağısından başlamaqla asılır. Asılan salxımlar döşəmədən 30-40 sm hündürdə olmalıdır. Bandaqda salxımlar biri digəri ilə yanaşı asılmalıdır. Bir bandağa 50-100 kq-a qədər üzüm yığmaq mümkündür. Xalq təcrübəsinə görə digər bir üsulda üzüm salxımı saplaqdan iti bıçaqla kəsilir və bir giləsi salxım saplağının ucuna, yəni çubuqdan qırılan hissəsinə keçirilir. Sonra üzüm salxımları qamışdan düzəldilmiş döşəməyə sərilir və həftədə bir dəfə salxımlar çevrilərək zədəli gilələrdən təmizlənir.
Paylaş: