Hər bilgini əhatə edən kitab
Palenque daşı, Arxeoloq Albert Ruz Lhuillier və dostları tərəfindən 5 iyun 1952-ci ildə Mərkəzi Amerika, Meksika, Yukatan yarmadası, Palenque xarabalığında tapdıqları qəbir üstü daş örtükdür.
Piramidaların içində ultrasəs, radar, sonar kimi cihazların işləmir, piramidanın içərisində bir neçə gün qaldıqda çirklənmiş suyun təmizlənir, piramidadakı südün bir neçə gün təzə qalır və tərg olmadan nəticədə qatığa çevrilir.
Kəbə, Məkkə şəhərində, Məscid-i Haramın ortasında yerləşən, İslam dinində müqəddəs yerlərdən birincisidir. Kəbə sözü, Ərəb dilində olan ka‘b (كعب) kökündən gəlməkdədir və kub şəklində bir nəsnə anlamını verir.
Böyük aşıqlarından və ustadlarından biri olan Aşıq Ələsgər, Türk milli ədəbiyyatının tərkibi olan qoşma, dodaqdəyməz, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı şeir növlərində yazmış, Türk milli ədəbiyyatının zəngin olmasında xidmətlər göstərmişdir.
Ən qədim batareya, 1938-ci ildə Alman arxeoloqu Vilhelm Koniq (Wilhelm Konig) tərəfindən İraqın başkəndi Bağdat şəhəri yaxınlığında arxeoloji qazıntılar zamanı tapılmış batareyadır. Bu batareya bəzən Bağdat batareyası adlanır.
Xocalı soyqırımı, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə rusiyanın 366-cı moto atıcı alayının dəstəyi ilə hay (erməni) silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam və hərbi cinayətdir.
Limon, yalnız mədəni hallarda rast gəlinən, köl şəkilində olan ağac (çoxillik) bitkisidir. Limon ağacının hündürlüyü 3-4 m-ə qədər olur. Limon ağacının tək-tək yerləşən ağ iri çiçəkləri, zoğ üzərində tək-tək yerləşən, qısa saplağı olan, uzunsov, açıq yaşıl rəngli yarpaqları vardır.
Mişel Nostradamus, 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi bölgəsində, iddiaya görə xristianlığı qəbul etmiş yəhudi ailəsində dünyaya gəlib. Qaynaqlara görə ədəbiyyatı, münəccimliyi, təbibliyi evdə öyrənib, daha sonra Avinyon məktəbində fəlsəfə və qrammatika öyrənib.
Qoz və ceviz, qozkimilər fəsiləsinə daxil olan, meyvəsinin üzəri sərt qabıqla örtülmüş, uzunsov-oval şəkilində meyvəsi olan bitgidir.
Qozun meyvəsinin sərt qabığı sındırılır və içindən ləpə adı verilən yeyilə bilən hissə çıxardılır. Ləpəsi çətin çıxan qoza çəltik qoz deyilir.
Keçilər, cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid olan gövşəyən heyvan yarımfəsiləsinə daxil olan bir heyvandır. Dünyada geniş yayılmış məməli heyvanlar arasındadır.