Arama
18 oktyabr müstəqilliyin bərpası günü

Adı: 18 oktyabr müstəqilliyin bərpası günü.

Köhnə adı: 18 oktyabr dövlət müstəqilliyi günü.

Günün fərqlənməsi: Azərbaycan Respublikası Ali soveti tərəfindən bu gün müstəqillik aktı qəbul edilmişdir.

Tarixi: 1991-ci il 18 oktyabr.

Yer: Bakı şəhəri.

Nəticəsi: 18 oktyabrda Azərbaycan Respublikası 71 ildən sonra müstəqilliyini bərpa etdiyin rəsmən elan etdi.

İstehsalat təqvimində: İş günü, milli gün.


Haqqında digər bilgi:

18 oktyabr müstəqilliyin bərpası günü , Azərbaycan Ali soveti tərəfindən konstitusiya aktını qəbul edərək, Azərbaycanın müstəqilliyinin bərpasını rəsmən elan etdiyi gündür (18 oktyabr 1991-ci il). İlk öncə Azərbaycan Respublikasının Ali soveti 1991-ci ilin 30 avqust tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul etmişdir.

Konstitusiya aktının qəbul edilməsi zamanı 1991-ci ilin 30 avqust bəyannaməsi və 1918-ci ilin 28 may tarixli istiqlal bəyannaməsi əsas olaraq götürülmüşdü. Konstitusiya aktında Azərbaycanın müstəqilliyi və Azərbaycan Respublikasının Azərbaycan Cümhuriyyətinin varisi olduğu elan edilmişdir.

2021-ci ilə qədər “dövlət müstəqilliyi günü” adı ilə qeyd olunan 18 oktyabrın adı 15 oktyabr 2021-ci il tarixdə qəbul edilmiş “Müstəqillik günü haqqında” qanunla dəyişdirilmiş, 18 oktyabra, bu günü daha dəqiq ifadə edən “Müstəqilliyin bərpası günü” adı verilmişdir.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?