Arama
27 sentyabr anım günü

Adı: 27 sentyabr anım günü.

Nə olub: 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu işğal altındakı torpaqları azad etmək üçün əməliyyata başlamışdır.

Qeyd olunur: Azərbaycan və Türkiyədə.


Haqqında digər bilgi:

27 sentyabr anım günü, danışıqlar nəticə vermədiyi, hayların yeni torpaqları işğal etmək məqsədi ilə hücuma keçmələrinin qarşısını almaq və torpaqların işğaldan azad etmək üçün Ali baş komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusunin əməliyyata başladığı gündür. Azərbaycan ordusu haylar (ermənilər) tərəfindən işğal altında saxlanılan torpaqları azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdə əməliyyata başlamış və 44 gün çəkən əməliyyat nəticəsində torpaqlar hayların işğalından azad edilmişdir.

İşğal və danışıqlar:

Hayıstan (ermənistan) rusiyanın dəstəyi ilə Azərbaycanın torpaqlarının 20% hissəsini (Kəlbəcər (keçmiş -Ağdərə bölgəsinin bir hissəsi daxil), Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam və keçmiş Dağlı Qarabağ adlanan ərazilər-Şuşa, Xocavənd, Xocalı, Xankəndi) işğal etmişdir. 1994-cü ilin may ayında imzalanmış “Bişkek protokolu” ilə atəşkəs elan olunmuşdur. Bundan sonra sülh danışıqlarına başlanılmış, Minsk qrupu çərçivəsində məqsədi problem həll etmək olmayan uzun uzadı mənasız müzakirələr davam etmişdir.

Əməliyyatdan öncəki durum:

Hayıstanda 12 aprel 2018-ci il tarixdə etiraz aksiyaları başlamış, nəticədə 8 may 2018-ci il tarixdə Nikol Paşinyan Hayıstanın baş naziri seçilmişdir. Nikol, cənab İlham Əliyevlə görüşdə ona vaxt versə Qarabağ məsələsinin ədalətli həll edəcəyinə söz versədə sonradan təxribat xarakterli fikirlər səsləndirmiş və hərəkətlər etmişdir. Nikolun “Qarabağ Hayıstandır nöqtə” təxribatçı çağrışı, Şuşaya gələrək orda etdiyi təxribatçı hərəkətləri artıq danışıqlar aparmağın mənasız olduğunu göstərməkdə idi.

Digər tərəfdən hayıstanın rəhbər şəxsləri yeni müharibə üçün vətəndaşlarını hazırlamaqda idilər. İşğal olunmuş torpaqları qaytarmaq fikiri olmayan hayıstan rəhbərliyi bununla razılaşması və torpaqları haylara verməsi üçün Azərbaycanı təhdid edir, hərbi gücü işə salmaqla qorxudurdu. Belə ki, Ermənistanın Müdafiə naziri Davit Tonoyan 2019-cu ilin mart ayında ABŞ-da səfərdə olarkən Qarabağla bağlı Hayıstan dövlətinin düşüncəsini "Yeni müharibə - yeni torpaqlar” olaraq açıqlamışdır.

Bu düşüncənin həyata keçirilə bilinən olmasını təsdiq etmək üçün hayıstan ordusu 2020-ci ilin iyun ayında Tovuz istiqamətindən yeni torpaqlar işğal etmək məqsədi ilə hücam keçsələrdə məğlub olub geri çəkilmişlər. Daha sonra Azərbaycan tərəfi pkk terrorçularının və livan ermənilərinin intensiv olaraq işğal altındakı ərazilərə köçürülməsi məlumatını dünya ilə bölüşdü. Hayıstan işğal altındakı ərazidə hərbi təlimlər keçirməyə başladı və Nikolun arvadı Anna Hakobyan bu təlimlərdə iştirak etməklə təlimləri içtimayiləşdirməyə çalışdı.

Hayların bütün bu təxribatçı hərəkətlərinə qarşılıq olaraq 25 sentyabr 2020-ci ildə cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxışı (uzaqdan görüntülü qoşulma) zamanı hayların təxribatçı hərəkət etmələri, müharibəyə hazırlaşdıqları, hayıstana (rusiya və irandan) min tondan artıq silah-sursat daşındığı, tezliklə yeni torpaqlar işğal etmək üçün hücuma keçəcəkləri haqqında bilgi verdi və dünya içtimayyətini xəbərdar etdi. Ancaq yenədə aparıcı dövlətlər, o cümlədən Minsk qrupunun həmsədirləri olan ABŞ, Fransa və Rusiya nəyinki hayıstana bununla bağlı təzyiq etdi, əksinə fransa, rusiya, iran, almaniya kimi dövlətlər haylara açıq dəstək verməkdən çəkinmədilər. Bundan ürəklənən haylar hücuma keçmək planlarını tezləşdirdilər.

Əməliyyatın başlanması:

Azərbaycan Dövlət Başçısını köməkçisi Hikmət Hacıyev 27 sentyabr saat altı civarında Hayıstan silahlı qüvvələrinin Azərbaycana qarşı geniş miqyaslı hücma keçdiyini elan etdi. Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək düşməni dayandırdı və “dəmir yumuruq”, “tək vətən” şərti adı altında torpaqların işğaldan azad olunması üçün vətən müharibəsi əməliyyatına başladılar. Savaş bitdikdən sonra şəhid olan əsgərlərin xatirəsinə bu gün anım günü elan edilmişdir.

Savaşın başladığı ilk saatlardan Türkiyə Cümhuriyyəti Azərbaycana geniş (hər tərəfli) dəstəyini ifadə edən bəyanat verərək üçüncü ölkələrin savaşa müdaxilə etmələrinin qarşısını aldı. Azərbaycana mümkün olan dəstəyini verdi. Savaş zamanı Pakistan qardaş kimi çox yaxından olmaqla öz dəstəyini bildirmişdir. İsrail və İngiltərə də qismən Azərbaycana dəstək ifadə etmişdilər.

Yazar: Şükür Məhişoğlu Oxunma: 509 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?