Fındıq hündürlüyü 3-10 metrə çatan, kol şəkilli, çətiri sıx və yumurtavari olan, sıx budaqlı bitkidir. Gövdəsi açıq-boz, cavan zoğları isə açıq-qəhvəyi rəngdədir. Yarpaqları 5-13 sm uzunluqda, 5-9 sm enində oval formadadır. Yarpağın uc hissəsi mişardişli şəkildədir.