Tikal Milli Parkı - Mərkəzi Amerikanın mərkəzində, Qvatemalanın şimalında-Peten bölgəsində yerləşən və günümüzə qədər gəlib çatmış ən əhəmiyyətli Maya memarlıq abidələrindən biridir. Tikal və onun ətrafı, Qvatemala hökuməti tərəfindən 1955-ci ilin may ayında eyniadlı milli parka daxil edilmişdir.