Qonur ayı Bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə edir. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Cütləşmə dövrü may-iyul aylarında baş verir. Boğazlıq dövrü latent mərhələ ilə birlikdə 6-8 ay çəkir. Balalar yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər.