Arama
Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı

Adı: Azərbaycanlıların mart soyqırımı.

Törədənlər: Bakı Soveti və haylar (ermənilər).

Tarixi: 1918-ci il 30 mart-3 aprel.

Yer: Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan.

Nəticəsi: 30-31 min Azərbaycanlı (Türk, Tatlara və digər millətlərə mənsub adamlar) qətlə yetirilmişdir.


Haqqında digər bilgi:

Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Sovet Rusiyasının dəstəyi ilə haylardan təşkil olunmuş Bakı Soveti adlı qondarma qurum tərəfindən əsasən Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Göyçay, Naxçıvan olmaqla bütün Azərbaycan boyunca Azərbaycanlılara (Türklərə, Tatlara və digər Azərbaycanlı millətlərə) qarşı xüsusi amansızlıqla və qəddarcasına törədilmiş soyqırım aktıdır, qətliyamdır.

Sovet Rusiyası hələ 1917-ci ildən başlayaraq hayları silahlandırırdı. Bolşevik Rusiyası rəhbərliyi keçmiş çar əsgər və matroslarını silahlarını daşnaqlara və hay milli şurasına təhvil verməyə, ya da silahla birlikdə onların tərəfinə keçməyə çağırırdı. Bu çağrışın nəticəsində haylar və Bakı şəhərinin xiristian icması o dönəm üçün müasir hesab olunan kifayət qədər silah, sursat, zirehli texnika (o cümlədən zirehli qatar) və hərbi hidrotəyyarələr əldə etmiş oldular. Silahlandıqdan sonra Bakı şəhərində bolşevik-kommunist Rusiyasının dəstəyi ilə 1918-ci ilin mart ayının 30-31-də Stepan Şaumyan və dəstəsi tərəfindən Bakı və ətrafında yaşayan Türklərə və müsəlmanlara qarşı hidrotəyyarlər və topların iştirakı ilə soy qırım həyata keçirdilər.

Milliyyətçə hay olan Stepan Şaumyanın rəhbərlik etdiyi dəstə Bakı şəhərində Bakı komunası adlı oyuncaq hökümət qurdular. Sovet Rusiyası bundan sonra da dəstək verməyə davam etdi. Hərbi təlimatçılar göndərməkdən tutmuş, maliyyə yardımına (30800000 rubl), daha uzaq məsafəyə uça bilən Saritsın şəhərindən göndərilmiş aeroplanlara, həştərxandan göndərilən böyük miqdarda silahlara qədər bolşevik Rusiyası Bakıdakı haylara və xristianlara yardım və dəstək verirdi. İdeoloji olaraq kommunist-bolşevik olmasalarda Rusiyanın Şaumyana dəstək verdiyi üçün Şaumyana qarşı çıxa bilməyəcəklərini anladıqlarından digər qruplarda (daşnaqlar, menşeviqlər və digərləri)Şaumyana tabe oldular. Rusiyanın başçısı Lenindən aldığı əmirləri icra etməklə görəvli olan bu oyuncaq hökümət Leninin əmirləri əsasında aprel ayının 3-nə qədər Azərbaycanın digər bölgələrində (Quba, Şamaxı, Şirvan, Göyçay və başqa) də soy qırımları həyata keçirməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919 və 1920-ci ilin mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilib. Sovet işğalı zamanı bu qadağan edilmişdir. Uzun illər sonra bu qətliyam, Azərbaycanın Ümumimilli Başçısı Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə yenidən 31 mart tarixi günündə soyqırım kimi rəsmiləşdirilmişdir.

Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı
Soyqırım qurbanları.
Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı
Soyqırım qurbanları.
Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı
Soyqırım qurbanları.
Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı
Dağıdılmış məscit.
Azərbaycanlıların mart soyqırımı və ya 31 mart soyqırımı
Dağıdılmış “İslamiyyə” mehmanxanası.
Sənədin adı: Digər şəkillər üçün bağlantını tıklayın.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?