Arama
Bəsitçay Dövlət Təbiət Qoruğu

Adı: Bəsitçay Dövlət Təbiət Qoruğu.

Sahəsi: 107 ha.

Qurulduğu tarix: 4 iyul 1974-cü il.

Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində.


Haqqında digər bilgi:

Bəsitçay Dövlət Təbiət Qoruğu, ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi — müxtəlif otlu çinar meşələri formalaşmışdır.

Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dur. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.

Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü — şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

Yazının qaynağı: https://azerbaijan.az/related-information/35.

Qoruğun müvcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Erməni işğalçıları tərəfindən Zəngilan bölgəsi işğal olunduğu zaman qoruğa böyük ziyan vurulmuş, işğalçıların vandal hərəkətləri nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsinin tamamilə məhv edilmişdir (http://eco.gov.az/index.php?pg=102). Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və Qoruğun inzibati binası dağıdılmışdır. Zəngilan işğaldan azad olunduqdan sonra bütün işğaldan azad olunan əraqzilərdə aparılan bərpa işləri çərçivəsində qoruğun bərpa olunması işlərinə başlanmışdır.

Bəsitçay Dövlət Təbiət Qoruğu
Dövlət başçısı cənab İlham Əliyev qoruğu bərpası üçün çinar ağacları əkir.
Bəsitçay Dövlət Təbiət Qoruğu
Dövlət başçısı cənab İlham Əliyev qoruğu bərpası üçün çinar ağacları əkir.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?