Hər bilgini əhatə edən bitig
Bir yanvar və ya yeni il bayramı, hər ilin dekabırın 31-dən yanvarın 1-nə keçən gecə dünyanın müxtəlif olkələrində keçirilən bayramdır.
29 oktyabr Cümhuriyyət bayramı, 29 oktyabr 1923-cü ildə Türkiyədə Cümhuriyyət elan edildikdən sonra 1925-ci ildən etibarən hər il 29 oktabrda keçirilən bayramdı.
19 may bayramı, Qazi Mustafa Kamal paşanın 19 may 1919-cu ildə Türk qurtuluş savaşını başlatmaq üçün Samsuna çıxış günüdür. Bu gün ilk dəfə olaraq rəsmi dövlət bayramı olmadan 1926-cı ildə Samsunda Gazi günü adı ilə bayram kimi keçirilmişdir.
Bu gün novruz adlı bayramın bir çox adətləri bir zamanlar sentyabrın 22-də keçirilən mövsümü atəşpərəslik inancının ibadətindən qaynaqlanan, əsasən əkinçilik mövsümünün başlanması ilə əlaqədar keçirilən bayramla əlaqədardı.
Türk bodunu hər zaman indiki təqvimlə mart ayının 20-22-si də öz bayramlarını qeyd etmişlər. Bu Türk bayramın adı Ergənəkon bayramıdır. Ergənəkon bayramının yaranması Oquz kakan dönəmindən daha qədim dövürə gedib çıxsada bu bayramın inkişafı Oquz kakan dönəmi ilə bağlıdır. Ergənəkon adı ergənə/erkənə/erkən və kun/kon/gün yəni günümüzün Türkçəsi ilə desək erkən və gün sözlərinin birləşməsindən yaranmışdır. Erkən gün/ilk gün/başlanğıc gün/bu gündən başlayan anlamını verməkdədir.