Ceyran Şirvan MP, Korçay yasaqlığı və çox kiçik bir qrup Qobustan və Acınohur düzündə yaşayır. Yaşayış yeri və həyat tərzi: Yovşanlı, şoranotlu səhralar və yovşanı–qırtıclı yarımsəhra landşaftlardır. Cütləşmə (noyabr, dekabr), boğazlıq (yanvar-may) və doğum (aprelin sonundan iyunun ortalarına kimi) dövrləri onların çoxalma xüsusiyyətlərini təşkil edir.