Çaka bəy, başbuq (başbuğ) və ilk Türk dəniz qüvvətlərini qurmuş ilk türk dənizçisi. Harda və nə vaxt doğulduğu bilinməyən Çaka bəy haqqında bilgiyə əsasən Danişmendnamədə və Bizans imparatoru I Aleksios Komnenosun qızı Anna Komnenanın qələmə aldığı Alexiada adlı əsərdə rast gəlinir.