Hər bilgini əhatə edən bitig
Mədəniyyət sözü (termini) Ərəb dilində kökəni “müdun” sözünə dayanan “mədinə” sözünün Türk dilinə keçməsi ilə törəmiş bir sözdür. Anlamı “şəhərə mənsub olan, şəhərli” mənasını verir.
Mushaf əsasən hz. Osman dönəmində Qurani-Kərimin çoxaldılmış nüxsələrinə verilmiş addır. Söz, bir görüşə görə bir yerə gətirərək bağlanmış yazılı lövhələr (səhifələr) anlamını verən Həbəş dilində mashaf (kitab) sözündən törəmişdir.
Ataq ( Adaq) at/ad sözündən törəmiş, günümüz Türkçəsində anlamı söz vermək, nəzir vermək, qurban kəsməyə söz vermək olan köhnə Türkçədə bir sözdür.
Ümmət Ərəb dilində yönətmək, önə keçmək, başçı olmaq anlamında olan emm kökündən törəyən və Peyğəmbər göndərilmiş topluluq, qövüm, hər qəbilədən bir dəstə adam, uyulması gərəkli olan başçı anlamında sözdür.
Bitig sözü Türk sözüdür. Mahmud Kaşqarlı özünün Türk dilinin divanı (Divanü Lügati't-Türk) adlı əsərində bu sözün mənasını vermişdir. Bundan başqa Kül Tigin kitabəsində və digər kitabələrdə bu sözə rast gəlinməkdədir.
Türk abecesi Türk budunun yaratdığı mədəniyyətdən doğan yazı biçimi və əlifbasıdır. Türk dilinin qanunlarına tamami ilə uyğundur. MÖ 3000 minilci illərdə əsası qoyulmuş, MÖ 200-cü illərdə bizə bilinən şəkillini almışdır.
Balık sözü Türk sözüdür. Anlamı şəhər deməkdir. Əski çağlarda Türklər şəhərə balık deyərmişlər. Balık sözü balçık (palçıq) sözündən törəmişdir. Türklər obalarda yaşadıqlarına baxmayaraq müxtəlif münasibətlər çərçivəsində qonşu bodunların (millətlərin) yaşayış yerləri ilə tanış olmuşlar.