Xlorator qurğusu içməli və tullantı suyunun zərərsizləşdirilməsi və dezinfeksiyası məqsədi ilə işlədilən qurğudur. Qurğu, suyun sərfindən asılı olaraq, əvvəlcədən müəyyən edilmiş qədərdə (dozada) və müəyyən dövrlərlə su xəttinə, zərərsizləşdirmə işində istifadə olunan kimyəvi birləşmə məhlulunu ötürür.
Dağdağan örtülütoxumlular şöbəsinin ikiləpəlilər sinifinin dillenid yarımsinifinin gicitkənçiçəklilər sırasının çətənəkimilər fəsiləsinə daxil olan ağacdır. Yarpaqları xırda, uzunsov və sıxdır. Gün şuası buraxmadığı üçün kölgəsi qara və sərindir.
Qopuz Türk bodununa məxsus simli musiqi alətidir. Adı bəzi tədqiqatçılara (Banq V.) görə qopmaq, durmaq, qalxmaq mənasını verən kop sözündən törəmişdir. Türk kakanlıqı bilgi bitigə görə isə qop sözü kop sözündən törəyib qopmaq, durmaq, qalxmaq, ucalmaq mənasını verməkdədir.
İncil xiristian inancının kutsal kitabıdır. İncildə hz. İsanın doğumu, həyatı, öldürülməsi və dirilişi təsvir edilməklə bərabər həm də iddiaya görə Allahın və hz. İsanın sözlərinində yer alır.
Türk bodunu hər zaman indiki təqvimlə mart ayının 20-22-si də öz bayramlarını qeyd etmişlər. Bu Türk bayramın adı Ergənəkon bayramıdır. Ergənəkon bayramının yaranması Oquz kakan dönəmindən daha qədim dövürə gedib çıxsada bu bayramın inkişafı Oquz kakan dönəmi ilə bağlıdır.
Türk saatı yaxud alaturka adı ilə bilinən, Türklər tərəfindən günəşin batmasına bağlı olaraq ayarlanan saat sistemidir. İlin hansı mövsümü, hansı ayı və ayın hansı günü olursa olsun günəş eyni çağda batır.