Arama
Qarabağlar abidəsi
Qarabağlar abidəsi, ortasında uca tağ (türbə) yerləşən, tərkibində saray, məscid, mədrəsə, şəfa (ağrı) otağı, hamam və digər binalar olan, Azərbaycanın və ön Asiya Türk və müsəlmanlarının ən qiymətli memarlıq incilərindəndir.

Abidə, tikinti texnikasına və qoşa minarəli baş tağın bədii üslubuna görə XII əsrə aid edilir. Bu minarələr Azərbaycan ərazisində ən qədim kərpicdən tikilmiş minarələrdir. Baş tağın özü isə bütün İslam memarlığının ilk örnəklərindəndir. Şərq və İslam memarlığının aparıcı elementinə çevrilən, bu məzmunlu və çox ifadəli elementin yaranması baxımından Qarabağlar abidəsinin baş tağı nadir abidədir. Baş tağ gözəl bədii həllə görədə nadir sənət əsəridir.

Qarabağlar abidəsi Naxçıvanın quzey-doğusunda, Şərur düzündə yerləşən Qarabağlar kəndində yerləşir. Qarabağlar kəndinin günümüzdə təxminən 5 min nəfər əhalisi olsada XVII yüz illikdə 50 min nəfər əhalisi olan gözəl və dönəminin böyük şəhəri olmuşdur. Türk bilgəsi və gəzəyəni (səyyahı) Övliyan Çələbi Qarabağlar şəhərini 10 min evi, 70 məscidi, 40 minarəsi, çoxlu karvansarayı, bazar və hamamları olan, meyvə bağları içərisində yerləşən gözəl şəhər kimi təsvir etmişdir. Bu gün Qarabağlar kəndində ucalan bu Qarabağlar abidəsi o keçmiş parlaq günlərin canlı şahididir.

Qarabağlar abidəsi
Qarabağlar abidəsi təmirdən öncə.
Qarabağlar abidəsi
Qarabağlar abidəsi təmirdən sonra.
Yazar: Şükür Məhişoğlu Oxunma: 581 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?