Arama
Qız qalası

Qız qalası - Azərbaycanın paytaxt Bakı şəhərinin qədim tarixi rəmzlərindən biri , milli memarlığının nadir nümunəsidir. Qədim tarixi abidə olan Qız qalası VII əsrdə inşa olunub. Qız qalasının inşası intibah dövrünə təsadüf edir.

Qala 8 günbəzdən ibarətdir ki , onlar da qalanı 8 mərtəbəyə bölür. Qalanın adının etimologiyası, təyinatı ilə bağlı mübahisələr indiyə qədər səngimək bilmir . Qız qalasının adının mənşəyi çoxsaylı  əfsanələrlə bağlıdır. Bəzi müəlliflərə görə qalanın adı qızla bağlı əfsanəyə əsasən adlandırılmışdır. Qardaşı tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək özünü Xəzərin sularına qərq etmişdir.

Lakin təyinatından aslı olmayaraq tikilinin misilsiz memarlıq abidəsi olması faktı danılmazdır. Qız qalası dövlətimiz tərəfindən dünya əhəmiyyətli abidə kimi mühafizə olunur. 2000ci ilin dekabrında Qız qalası İçərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir.

Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.

Qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb.

Yazar: Rüstəm Abbasov Oxunma: 2988 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?