Arama
Şeyx Nizami Gəncəvi Üveysi

Adı: Şeyx Nizami Gəncəvi Üveysi.

Əsil adı: İlyas.

Adı ərəbcə: Ebû Muhammed Cemâlüddîn İlyâs bin Yûsuf bin Zekî Müeyyed.

Takma adı: Nizami, Üveys, Gəncəvi.

Doğum tarixi: 1141-ci il. Tartışmalıdır, 1145-ci il deyənlərdə var.

Atası (babası): Yusif.

Babası (dədəsi): Zəki Müəyyədin.

Anasının adı: Bilinmir.

Dayısının adı: Ömər hoca.

Qardaşının adı: Əhməd Qivami Mütərrizi.

Xanımının adı: Afaq xanım.

Övladının adı: Məhəmməd.

Ölüm tarixi: 1209-cu il. Tartışmalıdır, 1174-1217-ci illər arasında müxtəlif tarixləri deyənlərdə var.


Dini: İslam.

Milliyyəti: Türk.

Boyu: Oğuzların Bozok qoluna aid bir boy.


İşi: Şair, Öyrədən (müəllim).

Nizamidən təsirlənənlər: Mevlânâ Celâleddîn-i Rûmî, Sa‘dî-i Şîrâzî, Hâfız-ı Şîrâzî, Fuzûlî, Molla Câmî ve Emîr Hüsrev-i Dihlevî gibi yol sahibləri.


Haqqında digər bilgi:

Şeyx Nizami Gəncəvi Üveysi və ya Zəki Müəyyədinin oğlu Yusifin oğlu Şeyx Nizami İlyas Gəncəvi Üveysi böyük Türk bilgilisi və şairidir. Qısaca olaraq Şeyx Nizami Gəncəvi yada Nizami Gəncəvi adı ilə tanınır. Doğum tarixi tartışmalı olsada 1141-ci ildə Gəncə şəhərində doğulduğu qəbul edilməkdədir. Nizami Gəncəvi 1209-cu ildə elə Gəncədə də vəfat edib. 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan edilmişdir.

Şeyx Nizami Gəncəvinin ailəsi dövrünün həm ziyallı həmdə zəngin ailələrindən biri olmuşdur. Atası Zəki Müəyyədinin oğlu Yusif bəy də milliyyətcə Türk olmuş, Gəncə şəhərində doğulmuş və orda yaşamış sayılıb seçilən bir şəxs olmuşdur. Anasının adı bilinməməkdədir. Ancaq atasının fars olduğunu iddia edən fars qaynaqları belə İlyasın anasının Türk qızı olduğunu inkar etməmişlər. Dayısı Ömər hocada Gəncədə sayılan adamlardan olduğu bilinməkdədir. Qardaşı Əhməd Qivami Mütərrizi də Nizami kimi şair olmuş, dönəmində sayqılı ziyallı olaraq tanınmışdır. Bəzi qaynaqlarda adının Məhəmməd olduğu və İlyasın əmisi oğlu olduğu qeyd edilməkdədir. Xanımının adının Afaq olduğu, Türklərin Qıpçaq qolundan olduğu bilinməkdədir. İki oğlunun olduğu, birinin erkən yaşda vəfat etdiyi, bir oğlunun adının Məhəmməd olduğu və böyüyərək Nizami Gəncəviyə kömək etdiyi qaynaqlarda qeyd olunmuşdur.

İlyas müdirik olduğu üçün ona Nizami, Gəncəli olduğu üçün ona Gəncəvi və Türklərin Oğuz qolundan olduğu üçün ona Türk olmayanlar tərəfindən Üveys (Qurd balası) takma adları (ləqəbləri) verilmişdir.

Şeyx Nizami Gəncəvinin Beşlik (xəmsə) adı altında cəmlənmiş Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi gözəl və İsgəndərnamə əsərlərinin, bunlardan başqa farsca divanının və Türkcə divanının olduğu bilinməkdədir. Nizami Gəncəvi bütün əsərləri Türkcə yazmış, sonradan çox güman ki, ilk dəfə onun oğlu tərəfindən fars dilinə tərcümə edilmişdir. Nizami Gəncəvinin Farsaca yazmağın əlehinə olduğu mənbələrdə açıq-aydın göstərilmişdir.

Daha sonralar isə bu fars dilində olan nüxsənin üzünün köçürülməsi, fars dilinə çevrilməsi zamanı ya da qəsdən Nizami Gəncəvinin əsərləri təhrif edilmişdir. Fars, İran millətçiliyini və İlyasın fars olmasını (əsas Türk olmadığını) təbliğ edən çox sayda beytlər əlavə edilmişdir. Örnəyin, bəzi fars dilli əlyazmalarda, Nizami Gəncəvi özü güya öz əsərində anasının kürt olduğunu bildirən beyt yazdığı uydurulmuşdur. Əlyazmalara uydurma beytlər əlavə edilmişdir. Ancaq tədqiqatçı Hürnisə Bəşirov Topqapı sarayında saxlanılan Leyli və Məcnun əsərinin qədim əlyazması üzərində araşdırma aparan zaman belə beytin mövcud olmadığını aşkar etmişdir. Buna oxşar çox sayda örnəklər vardır ki, Nizami Gəncəvinin adına uydurulmuş beytlər Nizami Gəncəvinin əsərlərinə əlavə edilmiş və böyük təhriflər törədilmişdir.

Lakin, nə qədər də təhriflər törətsələrdə Nizami Gəncəvinin yaradıcılığı, əsərləri, əsərlərdəki mənanın, məzmunun möhtəşəmliyi yüz illər boyunca öz əzəmətini saxlamışdır. Yüzlərlə alimlər tərəfindən Nizami Gəncəvinin həyatı və yaradıcılığı tədqiq edilmiş, haqqında çoxlu sayda əsərlər, yazılar yazılmışdır. Şerləri üzərinə musiqi bəstələnmişdir.

Şeyx Nizami Gəncəvi Üveysi
Nizami Gəncəvyə nisbət edilən şəkil.
Şeyx Nizami Gəncəvi Üveysi
Nizami Gəncəvyə nisbət edilən şəkil.
Şeyx Nizami Gəncəvi Üveysi
Nizami Gəncəvinin qəbr üstü abidəsi (məqbərəsi).
Yazar: Şükür Məhişoğlu Oxunma: 344 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?