Arama
Torpaqqala

Torpaqqala Azərbaycanın Qax bölgəsində, Əyriçayın Qanıxa töküldüyü yerin yaxınlığında yerləşən, ilk orta əsrlərdə üzərində şəhər olmuş təpədir.

Abidədə aparılan arxeoloji qazıntılar zamanı alimlər kərpicdən hörülmüş qala divarlarının, yaşayış binalarının, təndir və ocaq yerlərinin və digər tikinti və məişət əşyalarının qalıntılarını aşkarlamışlar.

Torpaqqalada ən nadir tapıntı, dörd künc şəkildə və səliqəli hörülmüş şüşə istehsalı ocağıdır. Ocağın içində şüşə qalıqlarıda tapılmışdır.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Torpaqqalada XIV-XV əsrlərə qədər yaşayış olmuşdur. Təssüf olsun ki, ilk orta əsrlərə qədər yaşayış olmuş bu şəhərin adı müəyyən edilməmişdir.

Torpaqqala
Torpaqqaladan görünüş.
Torpaqqala
Torpaqqalada aşkarlanan qalıntılar.
Torpaqqala
Torpaqqalada aşkarlanan qalıntılar.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?