Arama
Yazı yazma qaydaları

BilgiBitig.com saytına üzvülük, saytında yeni yazı yazma/düzənləmə və gizlilik qaydaları.


BilgiBitig.com saytına üzvülük qaydaları.

1. BilgiBitig.com (bundan sonra sayt) saytına üzvülük könüllüdü. Saytın üzv olan şəxslərə ödəniş etmək öhtəliyi yoxdur. Sayta üzv olan bu qaydaları qəbul etmiş hesab olunacaqdır.

2. Üzvülük (istifadıçi) adı seçərkən və profilində görsənən hissələrdə və o cümlədən özü haqqında adlı hissədə özünü tanıtmaq amacı ilə hər kəsə açıq sayılan məlumat yaza bilər. Burda şəxsi və ya gizli məlumatları yazmaq tələb və tövsüyyə olunmur. Əgər üzv burda şəxsi və ya gizli məlumatları yazarsa sayt məsuliyyət daşımır. Əxlaqsız və əxlaqsızlığı təbliğ edən (seksual, pornoqrafiq və bunlara bənzər), narkotik və narkotiki təbliğ edən, kin, düşməncilik, qəddarlıq və bu kimi çağrışlar edən, milli, siyasi və dini ayrı seçkiliyi təbliğ edən, hər hansı şəxsi ya da qurumu təhqir edən, siyasi təbliğat hesab olunan məlumat və ya məlumatlar yazmaq qadağandı.

3. Sayta üzv olarkən Ad, soyad, telefon nömrəsi və e-poçt doğru yazılmalıdır. Bunlar ancaq gərəkli olduqda üzvlə əlaqə saxlamaq üçün istifadə olunacaqdır. Bu məlumatların doğru yazılmaması səbəbindən üzvlə əlaqə qurula bilmədikdə ya da şifrənin bərpası zamanı şifrənin yanlış e-poçt ünvanına getməsi durumunda üzv məsuliyyət daşıyır. E-poçt ünvanının və telefon nömrəsinin hər kəs tərəfindən görsənməsi və ya gizli qalması (sayt rəhbərliyi xaric) hüququ üzvə məxsusdur. Üzv istəsə profil səhifəsindən (ayarlardan) bunu ayarlaya bilər.

4. Sayta üzv olan şəxs altı ay ərzində ən azı bir yazı yazmasa o zaman həmin şəxs üzvülükdən çıxarılır və hesabı silinəcəkdir.

5. Üzv bu qaydalarda göstərilən qadağaları pozduğu təqdirdə hesabı bağlanacaqdır. Qadağan olunan yazı və ya digər bir məlumatlar silinəcəkdir. Hesabı bağlanana qədər qaydalara uyğun yazılar yayımlanmağa davam edəcək.

6. Sayta üzv olan şəxsin sayta hər hansı ödəniş etməsi tələb olunmur.

7. Sayta üzv olan şəxs sayta tanıtım (reklam) yerləşdirməyə etiraz etmək hüququ yoxdur.

Saytda yeni yazı yazdıqda bu qaydalara uyulması vacibdir.

8. Yazı yazılan zaman tərəf tutulmamalı, tərəfsizlik göstərilməlidir. Bu yazıların yazılmasında məqsəd bir adamı, cismi, əşyanı, hadisəni, düşüncəni və s. təbliğ etmək etmək deyil, yazının mövzusu olan adam, cism, əşya, hadisə, düşüncə və s. ilə ilgili bilgi verməkdir. Əxlaqsız və əxlaqsızlığı təbliğ edən (seksual, pornoqrafiq və bunlara bənzər), narkotik və narkotiki təbliğ edən, kin, düşməncilik, qəddarlıq və bu kimi çağrışlar edən, milli, siyasi və dini ayrı seçkiliyi təbliğ edən, hər hansı şəxsi ya da qurumu təhqir edən, siyasi təbliğat hesab olunan məlumat və ya məlumatlar yazmaq, şəkil ya da şəkillər və video ya da videolar paylaşmaq qadağandı.

9. Hansısa adamın, cismin, əşyanın, hadisənin, düşüncənin və b. haqqında bilgi doğru verilmədikdə, münaqişə tərəfləri, münaqişə səbəbi və ya münaqişənin nəticəsi haqqında haqsız bilgi verildikdə bu tərəf tutmaq hesab ediləcək.

10. Üzv tərəfindən yazılan yazılar sayta məxsus olacaqdır. Üzv yazdığı yazının silinməsinə, yayımdan qaldırılmasına, yayımlanmasına, düzənlənməsinə etiraz edə bilməz. İstənilən bir səbəbdən yazının müsəllifi dəyişdirilə bilməz. Saytın yazını silmək, yayımlamaq, üçüncü tərəflə paylaşmaq, yayımdan qaldırmaq, düzənləmək hüququ vardır.

11. Sayt üzvün yazı yazdığı səhifdədə daxil olmaqla bütün səhifələrdə və yazının mətinin əhatə etdiyi sahədə tanıtım (reklam) yerləşdirmək hüququ vardır. Sayt gərəkli olduğu zaman bu hüququ üçüncü şəxsə həvalə edə bilər.

12. Yazı yazdıqda aşağıda göstərilən üslubda, altbaşlıqlar üzrə yazılmalıdır. Bu altbaşlıqlar tam əhatəedilə bilməsə belə, mümkün olduğu qədər daha çox altbaşlığın əhatə edilməsinə çalışmaq lazımdır:

Yer / ölkə / bölgə haqqında yazan zaman:

-> İlkin, qısa bilgi,

-> Yer / ölkə / bölgənin adının ortaya çıxma səbəbi və mənası,

-> Əhalisi,

-> Hazırkı inzibati durumu,

-> Tarixi və milləti,

-> Coğrafiyası,

-> İqlimi,

-> İqtisadiyyatı,

-> Dini, dili, təhsili, mədəniyyəti,

-> Hal-hazır ki, (ordu, xarici siyasət, infrasruktur və s.) durumu.

Adam / topluluq (millət, xalq, dini topluluq və s.) / qurum (hüquqi şəxslər, şirkətlər, dövlət və içtimayi təşkilatlar və s.) haqqında yazan zaman:

-> İlkin, qısa bilgi,

-> Topluluğun / qurum adının ortaya çıxma səbəbi və mənası,

-> Adamın tərcümehalı / qurumun tarixi,

-> Adamın / qurumun fəaliyyət sahəsi,

-> Adamın / qurumun iş, elmi və s. təcrübəsi,

-> Adamın / qurumun uğurları, mükafatları,

-> Adamın / qurumun hal-hazır ki, durumu.

Olay (hadisə, bayramlar, qeyd olunan günlər və s.) haqqında yazan zaman:

-> İlkin, qısa bilgi,

-> Baş vermə səbəbi,

-> Olaya verilən (xüsusi bir ad verilibsə) adın ortaya çıxması və mənası,

-> Tarixi,

-> Nəticəsi,

-> Hal-hazırda olay davam edirsə, hal-hazır kı, durumu.

Elmi mövzular / elmi sözlüklər (terminlər) haqqında yazan zaman:

-> İlkin, qısa bilgi,

-> Kəşf olunma tarixi,

-> Elmi-praktik əhəmiyyəti,

-> Nəticəsi və hal-hazırda istifadə olunması.

Bitgilər / heyvanlar / digər canlılar haqqında yazan zaman:

-> İlkin, qısa bilgi,

-> Adı, daxil olduğu fəsil, növ, cins və s. haqqında məlumat,

-> Özəllikləri,

-> Yaşadığı, yayıldığı bölgə haqqında bilgi,

-> Yaşamı, əhəmiyyəti, ziyanvericiliyi və s. haqqında bilgi,

-> Hal-hazır kı, durumu.

Saytına gizlilik qaydaları.

13. Sayt üzv olan və ya üzv olmadan istifadəçi olan şəxslərdən heç bir halda şəxsi və məxfi, o cümlədən bank hesabları, bank kartı və bu kimi digər bilgiləri sayta təqdim etməyi tələb etmir.

14. Sayt üzv olmaq istəyən şəxsdən üzvülük adı, ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi və özü haqqında qısa məlumat verməyi tələb edir. Üzvülük adı hesaba daxil olmaq üçün, ad və soyad yazının kim tərəfindən yazıldığını göstərmək üçün, telefon nömrəsi və e-poçt ünvanı yalnız sayt yönəticilərinin onunla əlaqə saxlaya bilmələri üçün, özü haqqında qısa bilgi istifadəçilərin yazı yazanı tanıya bilmələri üçün istifadə olunacaqdır.

15. Telefon nömrəsi və e-poçt ünvanı xaric digər məlumatlar hər kəs üçün açıq məlumatlardı. Telefon nömrəsi və e-poçt ünvanı məlumatları məhkəmə qərarının tələbi istisna olmaqla heç bir halda üçüncü şəxslə paylaşılmayacaqdır. Telefon nömrəsi və e-poçt ünvanı bilgisini üzv istəsə öz profilində göstərə bilər.

Digər qaydalar.

16. Bu qaydalar üzvlərə və üzv olmayan istifadəçilərə xəbərdarlıq etmədən yenilənə bilər. Zamanınız olduqca bu səhifni oxumağınız tövsüyyə edilir.

Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?