Hər bilgini əhatə edən bitig - 𐰚𐰼:𐰋𐰃𐰠𐰏𐰃𐰤𐰃:𐰱𐰼𐰤:𐰋𐰃𐱅𐰏
38 dəqiqəlik savaş (müharibə), İngiltərə krallığı ilə Zənzibar Sultanlığı arasında 27 avqust 1896-cı il saat 9:00-da başlayan və 9:38-də Zənzibarın məğlubiyyəti ilə başa çatan dünyanın ən qısa müharibəsidir.
Mafiya günümüzdə mütəşəkkil şəkildə qanundan kənar (rüşvət, şantaj, güc tətbiqi, adam öldürmək, süqəst) və insan həyatı üçün zərərli (narkotik, insan qaçaqcılığı, insan istismarı) iqtisadi fəaliyyətlə gizli məşğul olan gizli təşkilatlardır və ya belə təşkilatları tanıtmaq məqsədi ilə istifadə olunan ümumi addır.
Aqroekosistem kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfındən dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Qulançar, mərəcöyüd və ya quşqonmaz kimi adlandırılan bitki quşqonmazkimilər fəsiləsinə aid bitkidir və Azərbaycanda 9 növü bitməkdədir. Qazax-Gəncə-Yevlax, Abşeron bölgələrində qulançar, Qarabağ-Naxçıvan bölgələrində mərəçöyüd, mərəçüyüd adlanır.
Pardus öncələri müstəqil əməliyyat sistemi olmuş, günümüzdə isə debian əməliyyat sisteminin Türkçəyə və Türkiyəyə uyğunlaşdırılan bir versiyasıdır. 2003-cü ildə Türkiyə Bilgi və Texnologiya Araşdırma Qurumu Bilgi Güvənliyi irəli Texnologiyalar Araşdırma Mərkəzi (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) Bilişim ve Bilgi Güvenliği İleri Teknolojiler Araştırma Merkezi (BİLGEM)) tərəfində müstəqil əməliyyat sistemi kimi əsası qoyulmuşdur.
Mir Məhəmmd Kərim əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküvi və ya sadəcə Mir Məhəmmədkərim əl-Hac şiə məhzəbinə bağlı olduğu iddia olunan Azərbaycanlı din alimi. Mir Məhəmməd Kərim əl-Hac 1853-cü ildə Bakı şəhərin Əmircan qəsəbəsində anadan olduğu bildirilir (Z. Bünyadov).
İslam dinin Türklər arasında yayılmasında mühim rol oynayan və Türklərin milli təriqəti olaraq tarixdə iz buraxan Yesevilik, bilgin hz. Əhməd Yesevidən başlanğıcın götürən kutlu bir yol, milli bir İslam məktəbi olmuşdur.
Vatikan, müstəqilliyi digər dövlətlər tərəfindən tanınan dünyanın ən kiçik xristian dövlətidir. İtaliyanın Roma şəhəri içində 44 hektarlıq ərazidə yerləşir. Xristianlıq inancı rəsmi inancdır. İdarəetmə və digər sahələrdə verilən qərarlar xristian inancına uyğun qəbul edilir. Dövlət başçısı Papa adlanır.
Pumilər, əsasən günümüzdə Çin dövlətinin Yunnan əyalətinin quzey-batı yaylasının Lanpinq bölgəsinin Laojun dağı ilə Ninglanq bölgəsinin Maoniu dağında yaşayan millətdir. Pumilərin geri qalan az qismi isə Lijanq, Yonqşenq, Veixi və Sicuan əyalətlərində məskunlaşıblar. Ümumi sayları 2 milyon civarındadır.
Planetimizdə eyni zamanda quzey, güney, batı və doğu yarımkürələrində yerləşən yalnız bir dövlət var. Bu, Sakit Okean boyunca səpələnmiş adalar toplusu olan Kiribati Respublikasıdır.