Arama
20 yanvar qırğını (faciəsi)

Adı: 20 yanvar qırğını (faciəsi).

Tarix: 20 yanvar 1990-cı il.

Törədən: Sovet ittifaqı.

Məruz qalan: Azərbaycan xalqı və Azərbaycan respublikası.

Tələfat: Azərbaycanın 170 nəfərə qədər mülkü şəxsi öldürülmüş və ya itgin düşmüş, 800 nəfəri yaralanmışdır.

Sonucu: Azərbaycan Respublikası Sovet ittifaqından ayrıldı müstəqil dövlət oldu.


Haqqında digər bilgi:

20 yanvar qırğını (faciəsi), 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet ittifaqı tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərinə edilmiş hücum nəticəsində baş vermiş mülki əhalinin qırğınıdır və ya qırğını günüdür.

Sovet ittifaqının illərlə Azərbaycanda həyata keçirdiyi zülm etmə, assimilyasiya, Azərbaycanı parçalamaq siyasəti Azərbaycan xalqının əsəbini tarıma çəkmişdi. Son 1988-90-cı illərdə də Sovet hökumətinin Qarabağı Azərbaycandan almaq, Azərbaycanı parçalamaq və ikiüzlü siyasəti bardağı daşdıran son damla olmuşdur.

Sovet hökumətinin Qarabağ və anti-Azərbaycan siyasətinə etiraz olaraq dinc əhali Azadlıq meydanında dinc etiraz mitinqinə başladılar. Etiraz mitinqinin gündən günə böyüməsindən və bütün Azərbaycana yayılmasından qorxan və başqa çıxış yoluna getməyən Sovet ittifaqı mitinqləri dağtmaq və milli hərəkatın qarşısını almaq üçün Bakı şəhərinə, 25-26 yanvarda isə Neftçala və Lənkəran şəhərlərinə hücum etdi. Qadın, uşaq, qoca demədən mülki əhalini öldürdülər.

20 yanvar qırğını (faciəsi)
20 yanvar
20 yanvar qırğını (faciəsi)
20 yanvar
20 yanvar qırğını (faciəsi)
20 yanvar
20 yanvar qırğını (faciəsi)
Dövlət başçısı İlham Əliyev şəhidlər xiyabanını ziyarət edir.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?