Ningen - dərin sularda yaşayan, insana bənzəyən və böyük ölçülərə malik, var olduğu iddia olunan canlılardı. Yapon tədqiqat gəmiləri dəfələrlə Antarktika sularında insana bənzər canlıların olduğunu bildiriblər. Bu canlıların insana bənzər üz cizgiləri və qolları olduğu, ayaqları yerinə su pərisi kimi quyruğu olduğu deyilir.