Qoyun və keçilərin kontagioz ektiması iti gedişli virus xəstəliyidir. Ağız boşluğunun selikli qişasında, dodaqların, ətrafların, yelinin, cinsiyyət orqanlarının dərisində və digər yerlərdə düyünlərin, vezikulaların, pustulaların və qaysaqlanmış yaraların əmələ gəlməsi ilə səciyyələnir.