Arama
Qarakənd faciyəsi

Azərbaycanın və Qazağıstanın dövlət, hökümət və siyasi xadimlərinin olduğu Mİ-8 dikuçağının 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında o vaxtkı Sovet hərbi birləşməsinin dəstəyi ilə Hay (Erməni) terrorçuları tərəfindən vurularaq düşürülməsi hadisəsi Qarakənd faciyəsi adını almışdır.

Qarakənd faciəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdur. Həlak olanların tam siyahısı aşağıda verilmişdir.

  1. – Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
  2. – İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
  3. – Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
  4. – Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
  5. – Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
  6. – Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
  7. – Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
  8. – Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
  9. – İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
  10. – Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
  11. – Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
  12. – Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
  13. – Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
  14. – Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
  15. – Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
  16. – Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
  17. – Alı Mustafa oğlu Mustafayev – telejurnalist
  18. – Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
  19. – Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
  20. – Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
  21. – Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
  22. – Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

O vaxt Rusiyanın İTAR-TASS agentliyi və The New York Times qəzeti hadisəni qəza olaraq yayımlamışlar. Ancaq Azərbaycan tərəfinin apardığı istintaq nəticəsində dikuçağın vurulduğu isbat edilmişdir.

Qarakənd faciyəsi
Qarakənd faciyəsi zamanı vurulan Mİ-8 dikuçağı.
Qarakənd faciyəsi
Qarakənd faciyəsi zamanı vurulan Mİ-8 dikuçağı.
Qarakənd faciyəsi
Qarakənd faciyəsi zamanı vurulan Mİ-8 dikuçağı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 484 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?